Ştatında Avropa və digər ölkələrin diplomlarına yiyələnmiş 130-dan çox peşəkar aqronomun olduğu Netafim şirkəti ilə əməkdaşlıq edən AgroSpace tutarlı aktivə malikdir; bizim müştərimiz avtomatik olaraq müzakirə edilən sahənin müxtəlif məsələləri üzrə dəstək və yardımla təmin olunur. Şirkətimiz bu sahədə dünyanın ən yaxşı mütəxəssislərinin nəzəri və praktik təcrübəsinə zəmanət verir ki, onlar az qala dünyanın bütün nöqtələrində, bütün iqlim zonalarında, istisnasız olaraq, hər növ torpaqda, ən geniş çeşidli kənd təsərrüfatı bitkiləri və ən fərqli su ehtiyatları ilə işləmişlər və həmin işlərdə səriştəlidirlər. Sifarişçinin təsərrüfatlarında səmərəliliyi artırmaq üçün biz bu zəngin təcrübə ilə bölüşməyə hazırıq.

Becərilən bitkidən asılı olmayaraq, sifarişçi əmin ola bilər ki, biz hər zaman, prosesin istənilən mərhələsində onu faydalı məlumatla təmin edəcək və məsləhətlər verəcəyik. Biz zəmanət veririk ki, şirkətimizin mütəxəssislərinin məsləhətləri və tövsiyələri mütləq əkinlərdən yığılan məhsulun artması və əkmələrin boy atması kimi nəticələrə gətirəcək. Biz, istixanaların tikilməsi zamanı və hər əkin mövsümündə dünyanın yüksəkixtisaslı aqronomlarının xidmətlərini təqdim etməklə sifarişçilərimizə qarşılıqlı sərfəli şərtlərlə köməklik göstərməyə hazırıq.