Damla suvarma sistemi

Damla suvarma sistemi üçün birinci patent 1963-cü ildə İsraildə verilmişdi. Bütün dünyada artmaqda olan içməli su qıtlığı və onun miqdarının azalması, faktiki olaraq, suyun yoxa çıxması və planetin dərinliklərinə hopması və, nəticə etibarilə, onun dəyərinin daim artması nəzərə alındıqda, damla sistemin üstünlükləri danılmaz olur. Damcı suvarma, suyun artıq sərfiyyatının qarşısını almağa imkan verir, nəticədə, həmçinin hazır məhsulun yekun dəyərini ucuzlaşdırır, bunun da əhəmiyyəti bizim dövrdə az deyil. Damla suvarma zamanı, su dozatorların - damcılayıcıların (emitterlərin) köməyilə kiçik dozalarla köküstü sistemə verilir. Bu üsul, borular vasitəsilə verilən mayenin buxarlanmaması sayəsində suya qənaət etməyə imkan verir. Adətən sulama, firmanın mütəxəssis-təchizatçıları tərəfindən köklənən vaxt və intensivliyə görə tənzimlənir. Hər bir bitkinin fərdi yanaşma və su miqdarını tələb etməsi nəzərə alınmaqla, sulama sistemi suvarma rejiminə və, mütləq halda, torpağın rütubətinə həssas olan bitkilərin becərilməsində özünü doğruldur.

Bu sistem quraqlıq iqlimli ölkələrdə böyük müvəffəqiyyətlə istifadə olunur və özünü tamamilə doğrultmuşdur. Bu, Afrika ölkələri, İsrail, Misir, Avstraliyadır. Suvarma sistemi Zaqafqaziya respublikalarında və bilavasitə Azərbaycan və Gürcüstanda öz tətbiqini tapmışdır. Bu sistem bir çox ölkələrdə, ekzotik bitkilər daxil olmaqla, bir çox bitkilərin səmərəli suvarılması və becərilməsində öz əvəzedilməzliyini sübut etmişdir. Damcı suvarma sistemini qalan suvarma sistemi növlərindən fərqləndirən cəhət odur ki, su, dozalarla, damcılama yolu ilə birbaşa kök sisteminə verilir. Suvarmadan başqa, bu sistem, gübrələrin bir vaxtda daxil edilməsi yolu ilə bitkilərin köklərini onların düzgün inkişaf etməsi üçün lazım olan mikroelementlərlə qidalandırır, bu da məhsulun keyfiyyəti və miqdarına müsbət təsir edir. Suvarma suyu ilə gübrələrin qarışdırılmasını fertiqasiya qovşağı yerinə yetirir.

Kənd təsərrüfatı bitkilərini damla suvarmadan istifadə edərək orta şoran torpaqda becərmək mümkündür. Bu növ suvarma zamanı damcılayıcıların ətrafında duzların qələviləşməsi baş verir. Bu, bitkilər üçün çox faydalıdır, çünki bu yerdə cəmləşmiş kök sistemi mineralları, yəni qidalı maddələri və suyu qələviləşmiş zonadan alır.

Damla suvarma üç əsas kateqoriyaya bölünür: yeraltı, yerüstü və yerüzəri.

Yeraltı suvarma zamanı damla borucuqları 10-40 sm dərinliyində çəkilir. Yerüstü suvarma üçün borucuqlar əkin sıraları boyunca uzanan şırımların içində yerləşdirilir. Yerüzəri suvarma, damla borucuqlarının torpağın üzərində müəyyən hündürlükdə asılması ilə həyata keçirilir.

Yerüstü və yerüzəri suvarma daha ucuz başa gəlir, lakin yeraltı suvarma daha çox üstünlüklərə malikdir. Yeraltı suvarma üsulu zamanı su sərfiyyatına əhəmiyyətli dərəcədə qənaət etməklə kök sisteminə birbaşa yolun açılması, suvarma zamanı və ya ondan dərhal sonra təsərrüfat işlərinin görülməsi imkanı və sistemlərin təhlükəsizliyi təmin olunur.
 

Damcı suvarma sisteminə daxildir:

  • süzgəcləmə qovşağı
  • sugötürmə qovşağı
  • fertiqasiya qovşağı (fertiqasiya — suvarma suyu ilə gübrələrin qarışıq tətbiqi)
  • magistral boru kəməri
  • damcılama xətləri və ayırıcı boru kəməri
  • təzyiq tənzimləyicisi
  • su sayğacı
  • suvarmaya, yəni suvarma vaxtına, suyun həcminə, suvarma müddətinə mütləq nəzarəti təmin edən nəzarət qurğusu.

 

Üstünlüklər:

  • suvarılan bitkilər daxil olan suyun 95%-dək həcmini qəbul edir.
  • bitkilər lazımi miqdarda və lazımi vaxta su ilə təmin olunur.
  • səthi suvarma ilə müqayisədə suyun sərfiyyatı 40-50% azalır.
  • səthi suvarma ilə müqayisədə gübrə sərfiyyatı 50% azalır.
  • yarpaqların həmişə quru qalması sayəsində bitkilərdə xəstəliklərin yaranması riski əhəmiyyətli dərəcədə azalır.
  • bitkilərin suvarılması və qidalanmasının avtomatlaşması sistemi sayəsində əmək sərfiyyatına qənaət edilir.

Damla suvarma sisteminin quraşdırılması detallara daha çox diqqət tələb edir, çünki mürəkkəbdir. Süzgəclərin quraşdırılmasının necə aparılacağı, hansı süzgəcləmə növlərinin lazım olacağı; boruların diametrinin dəqiq seçimi, magistral boru kəməri üçün hansı boruların istifadə olunacağı; əkin sxemi, torpağın tərkibi, konkret bitki və s. hesaba alınmaqla damcılayıcıların seçimi kimi bütün məqamlar nəzərə alınmalıdır.

Damla suvarma ən həssas suvarma növlərindən biridir ki, onun üçün mütəxəssisi dəqiqliklə seçmək lazımdır, çünki keyfiyyətsiz görülmüş işi nəticədə, böyük ehtimalla, düzəltmək mümkün olmayacaq. Sonda sistemin özünü "sıfırdan" yığmaq lazım gələcək. Komponentlərdə, peşəkar layihələşdirmədə və quraşdırmada (mütəxəssisdə) qənaət damla suvarmanın dəyərindən daha böyük xərclərə gətirib çıxarır.

 

Damla suvarma sistemi tətbiq olunan sahələr və onun xüsusiyyətləri

Damla suvarma sistemi həm açıq tipli (tarla, bostan), həm də qapalı tipli (istixanalar) torpaqda tərəvəz bitkiləri, ağaclar, kollar və meyvələrin becərilməsi üçün istifadə olunur.

Damla suvarma sistemindən başqa üsulların tətbiqi mümkün olmayan hallarda istifadə etmək məqsədəuyğundur:

  • sahənin yüksək dərəcəli (45 dərəcə və yuxarı) maililiyi və ya mürəkkəb relyefli olduğu zaman;
  • güclü və daimi küləklər, həmçinin uzunmüddətli quraqlıqlar olan regionlarda;
  • yerli mənbələrdə suyun məhdud miqdarda olduğu halda;
  • məhsuldar qatla torpaqlar, həmçinin hiqroskopikliyi (torpağın suyu özünəhopma və ya havadan nəmçəkmə xüsusiyyəti) həddən artıq aşağı və ya yüksək  torpaqlar.
  • şoranlaşmaya meylli torpaqlar
  • tərkibində həll olan duzlar olduğu sudan istifadə zamanı.