İstixana kompleksləri

İstixana biznesi Azərbaycanda çox populyardır. Ötən dövrlərdən bəri şəhərkənarı kəndlərin və respublikanın bəzi bölgələrinin sakinləri parniklərdə bir sıra kənd təsərrüfatı bitkilərini becərib və bu gün də becərməkdə davam edir. Amma son illər ərzində istixana biznesi fəal şəkildə parnikləri sıxışdırıb çıxarır, bu da həmin sahənin inkişafında yüksək artım dinamikasından xəbər verir.

 

İstixanaların yaradılması

İstixananın yaradılmasını düzgün hesabladıqda, istixana biznesi özünü çox gözəl doğruldur və ona peşəkarcasına yanaşdıqda yüksək gəlirli ola bilər. AgroSpace şirkəti bu məsələni həll etməkdə həmişə sifarişçilərə kömək edir. İstixana biznesinə maliyyə yatırmaq istəyən sərmayəçilərə biz tərəfdaşlarımızın təqdim etdiyi kompleks həlləri təklif edirik. Bu həllər aşağıdakıları daxil edir:

 

"İstifadəyə hazır" istixana kompleksləri

Sifarişçinin istəyilə şirkətimiz "İstifadəyə hazır" layihələrini çatdırır. Biz elə edirik ki, komplekslər həmişə və tamamilə sifarişçinin tələblərinə uyğunlaşdırılmış olsun. İstilik, suvarma, pərdələmə, iqlim nəzarəti sistemləri və layihənin uğurlu reallaşması və səmərəli işi üçün zəruri olan istənilən digər sistemlər, mahiyyət etbarilə, komplekslərimiz ayrılmaz tərkib hissələrini təşkil edir.

 

İstilik sistemi və CO2 (karbon qazının) seçimi və paylanması sistemi

Bizim tikdiyimiz istixanalar həmişə daxil edilmiş (daxildən quraşdırılmış) istilik sistemi ilə təchiz edilir ki, bu sistem istiliyə nəzarət olunması və onun istixanalarda bərabər paylanması üçün nəzərdə tutulur. Eyni zamanda, prosesin gedişatı zamanı  əmələ gələn yanma məhsulları (tüstü) bitkilərin istixanada optimal dərəcədə boy atması üçün zəruri olan karbon qazının istehsalında istifadə olunur.

 

Pərdələmə sistemi

Pərdələmə sistemi kölgələmə, enerjiyə qənaətetmə və assimilə edilmiş işığın bayıra düşməsinə qarşı bloklanma (işıqla çirklənmə) kimi hallarda istifadə olunur və onun bütün növləri əlçatandır. Sistem üfüqi, şaquli, daxili və xarici, bir- və ya ikiqatlı, həmçinin qarışıq olur. Çatdırılan sistem istixana strukturuna maksimal dərəcədə elə tərzdə daxil edilir ki, kölgə effekti mümkün qədər aşağı dərəcəyə endirilsin.

 

Becərmə texnologiyası

Hər layihə üçün bitkilərin becərilməsi üzrə unikal, optimal texnologiya mövcuddur. Hər şey spesifik şəraitdən və becərilən bitkidən asılıdır. Öz layihələrimizdə biz vegetasiya və alüminium tabaqlarından, suvarma masalarından və müxtəlif hidro- və akvaponika sistemlərindən istifadə edirik. Bəzən biz sifarişçiyə "Artma-azalma" sistemli isidilən döşəmədən istifadə etməyi məsləhət görürük. Çox nadir hallarda sifarişçi istixana daxilində torpaqda şitilin becərilməsi texnologiyasından istifadə edir. İstənilən halda şirkətimiz həmişə sifarişçinin istəklərinə cavab verə biləcək maksimal dərəcədə optimal sistem və texnologiyanı seçir.


Assimilə edilmiş işıqlandırma sistemi

Bütün hallarda müxtəlif bitkilərin məhsuldarlığının artmasına yalnız bitkilərin gündüz yetişmə dövrünü süni yolla uzadaraq assimilə edilmiş (soyuq) işıqlandırma sistemindən peşəkarcasına istifadə etməklə nail olmaq mümkündür. Bu gün xüsusi LED lampalarından istifadəetmə əsas istiqaməti təşkil edir. Bu yolla ən müxtəlif bitkilərin il boyu becərilməsi və ya yetişməsini təmin etmək olar. Assimilə edilmiş işıqlandırma sisteminin düzgün layihələşdirilməsi bitkilərin daha sürətlə boy atmasını təmin edir və məhsuldarlığı əhəmiyyətli dərəcədə artırır, bu da birbaşa gəlirə təsir edir.

 

Suvarma sistemi, istifadə edilmiş suyun təkrar tətbiqi

Su ehtiyatlarından norma daxilində istifadə olunması bu gün bütün dünyada və istənilən cəmiyyətdə gündəmdə olan sosial problemdir. Bizim şirkətimiz həmçinin baş verənlərin əhəmiyyəti və aktuallığını anlayır. Bizim tərəfimizdən çatdırılan və kompüter vasitəsilə idarə olunan "ağıllı"  suvarma sistemləri bitkilərin inkişafı üçün suyun dozalarla, artıq itkisiz istifadə olunmasını təmin edir, drenaj axıntılarının yenidən dövretmə sistemi bu suyun təkrar istifadə edilməsi üçün imkan yaradır. Qapalı suvarma sistemlərində drenaj axıntılarının mexaniki, kimyəvi və bioloji təmizlənməsi üçün bizim tərəfimizdən xüsusi avadanlıq  istifadə olunur ki, bu avadanlıq onlardan maksimum istifadə olunmamış mineral və mikroelementləri çıxarmağa və paralel olaraq  su və gübrə itkisini minimallaşdırıb, onları bitkilərin köklərinə təkrar yönləndirməyə imkan verir. Belə sistemlər sizə 50%-dək su və qida (mineral) ehtiyatlarını qənaət etməyə imkan verir, bu isə onları layihənin ümumi texnoloji zəncirində çox əhəmiyyətli bir bəndə çevirir.

 

İqlim sistemləri və havanın emalı üçün avadanlıq

İstixana üçün istilik və pərdələmə kimi həyat əhəmiyyətli sistemləri əsas iqlim kompüteri idarə edir ki, o, bitkilər üçün maksimal dərəcədə əlverişli iqlimi və onların bütün istixana sahəsi boyunca, hər mövsümdə, gündüz ya gecə olmasından asılı olmayaraq, yay-qış böyüməsini təmin edir. İqlim kompüterinin idarəsi altında bu sistemlər eyni zamanda ehtimal olunan hər hansı istilik itkisini minimuma endirməklə optimal enerji sərfiyyatına görə cavab verir.


Elektrik magistralları və qurmalar

İqlim şəraitindən asılı olmayaraq, istixanalar üçün düzgün layihələşdirilmiş elektrik təchizatı sistemi bütün qurğuların optimal, fasiləsiz işini təmin etməyə qadirdir. Sifarişçinin və layihənin tələbatlarını nəzərə alaraq, AgroSpace MMC şirkəti istənilən mürəkkəblikdə elektrik təchizatı sistemini layihələşdirir.

 

Logistika sistemlər, çeşidləmə və qablaşdırma xətləri

Şirkətimizin hər bir layihəsi istixanada işin texnoloji prosesləri əsasında işlənib hazırlanır. Bütün proseslər kompüter monitoru vasitəsilə maksimal dərəcədə avtomatlaşdırılan və  nəzarət edilən logistika sistemi tərəfindən dəstəklənir. Bütün bunlar daxili nəqliyyat və çeşidləmə sistemlərini, qablaşdırma sistemi və keyfiyyətin yoxlanılmasını, yığılmanı və, lazım gəldikdə, hazır məhsulun soyudulması sisteminin quraşdırılmasını, həmçinin daxili logistika sistemini nəzərdə tutur. Bütün yuxarıda göstərilən həllər şirkət mütəxəssislərinin dünyanın bir çox ölkələrində istixanalar üzrə mütəxəssisləri ilə sıx əməkdaşlıq təcrübəsinə əsaslanır.

 

Xidmət sahələri və paylayıcı mərkəzlər

İstənilən istixana kompleksinin mühüm fəaliyyət mərkəzini xidmət zonaları təşkil edir. Yığılmış məhsul istixana kompleksinin logistika zəncirinə daxil olur, burada çeşidlənir, emal edilir, çəkilib bükülür, qablaşdırılır və istehlakçılara çatdırılır. Yeni kompleksin tikintisini layihələşdirərək, şirkətimiz ilk başdan Sifarişçinin ehtimal olunan istəklərini nəzərə alır, bununla da bütün prosesləri, həmçinin logistika proseslərini maksimal dərəcədə optimallaşdırmağa çalışaraq, istehsal obyektlərinin gələcəkdə genişlənməsinə imkan yaradarır.

Bizə müraciət etməklə, Sifarişçi həmişə, istixananın tikilməsi prosesinin istənilən mərhələsində peşəkar kömək ala biləcək, baxmayaraq ki, bu, tamamlama işlərinə ehtiyacı olan hazır bir istixana təsərrüfatıdır yoxsa yalnız bir ideya, gündəlikdə bir eskizdir. Heç kim üçün sirr deyil ki, layihələşdirmənin məhz bu mərhələsində mütəxəssislərə müraciət edilməsi ən mükəmməl variantdır, çünki bu halda xeyli vaxta, enerjiyə və vəsaitə nəzərəçarpacaq qədər qənaət edilir.

Bazardakı durumu nəzərə alaraq, biz torpaq sahəsinin yerləşdiyi bölgədə becərilməsi üçün ən perspektivli bitkiləri təklif edəcəyik. Şirkətimizin mütəxəssisləri, ərazinin faydalı sahəsini nəzərə alaraq, istixana təsərrüfatının ən əlverişli variantını təklif edəcəklər. Bu ərazidə mümkün olan bütün fors-major vəziyyətləri nəzərə alaraq, biz bünövrənin münasib dərinliyini və növünü, istixana üçün zəruri konstruksiyanın və örtüyün dayanıqlığını müəyyən edəcəyik. Bütün hesablamalardan sonra biz  işin təhlükəsiz və səmərəli olması üçün çox zəruri olan mühüm sistemləri layihələşdirəcək və quraşdıracağıq. Sadalananlardan başqa, AgroSpace istixanalar üçün nəzarət və izləmə sistemləri, təhlükəsizlik və avtomatlaşdırma sistemləri, rabitə sistemləri, müstəqil və yarımüstəqil enerji sistemlərinin layihələşdirilməsi və quraşdırılması üzrə xidmətlər təklif edir.

Təklif etdiyimiz və dünyanın müxtəlif iqlim şəraitlərində istifadə edilməsinə hesablanmış istixanalar yüksək beynəlxalq standartlara cavab verir və Sifarişçinin aqrobiznesinə əla start verə bilər.

Artıq istixana biznesinə yiyələnmiş, lakin komplektləşdirici hissələrin yenilənməsini düşünən sahibkarlar üçün də şirkətimiz əlverişli təklif verməyə hazırdır.

AgroSpace-in diplom və sertifikatlar əldə etmiş mütəxəssisləri yerlərdə mövcud olan çatışmazlıqlarla tanış olub, istixana və açıq təsərrüfatın yenilənməsi və təkmilləşdirilməsi üzrə fərdi plan hazırlayacaqlar.