Avadanlığın, istixana təsərrüfatının və ya suvarma sisteminin quraşdırılmasından sonra şirkətimizin mütəxəssisləri planlı və profilaktik təmir xidmətini göstərirlər. Bu kimi təmir işlərinə aiddir: istənilən mürəkkəblikdə konstruksiyaların, müxtəlif növ istixana örtüklərinin təmiri, istixana təsərrüfatları, suvarma və enerji sistemlərində, o cümlədən təhlükəsizlik sistemlərində avadanlığın əvəz edilməsi və ya təmiri. Bundan başqa, yuxarıda göstərilən quraşdırılmış sistemlərdən hər hansının optimallaşdırılması və ya bir qədər genişləndirilməsi üçün mütəxəssislərimizin yerlərə getməsi mümkündür. Müştərinin texniki heyəti həm layihələrin hazırlanması zamanı, həm də onları tətbiq etdikdən sonra bizim mütəxəssislərimizlə təlim keçir və onlardan konsultasiya alır. Ehtiyac olduqda və ya sifarişçinin istəyi ilə, AgroSpace şirkətinin mütəxəssisləri müştərinin ərazisində texniki heyətin peşəkar və operativ təlimlənməsini apara bilərlər. Əlavə olaraq, mütəxəssislərimiz tərəfindən uzaqdan məsləhət dəstəyi təqdim edilir.